8 iyul 2011 17:03
Dinamo Neftçi ilə oyuna yeni formalarla çıxacaq (FOTO)
Azərbaycan çempionu “Neftçi”nin UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsindəki rəqibi Xorvatiyanın “Dinamo” klubu “Puma” şirkəti ilə anlaşıb. Azerisport.az xəbər verir ki, Zaqreb təmsilçisi komandamızla oyuna yeni formalarla çıxacaq. “Dinamo”nun ev forması əvvəlki kimi, mavi rəngdə qalacaq. Ehtiyat, yəni səfər oyunları üçün nəzərdə tutulmuş formanın rəngi isə qızılıdı.
