8 iyul 2011 17:17
Mircavadov: Qasımov haqqımda pis söz deməz
Azərbaycanın ən təcrübəli futbol mütəxəssislərindən olan Ağasəlim Mircavadov AZAL-ın prezidenti Vaqif Qasımovun onun barəsində dediyi fikirlərinə münasibət bildirib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Qasımovun mənim barəmdə nə dediyini bilmirəm. Deməzdim ki, onunla yaxın tanışlığımız var. “Salam-sağ ol” səviyyəsində münasibətimiz var. Düşünmürəm ki, o, mənim haqqımda nəsə pis söz deyə”.
“Qasımovun mənim barəmdə nə dediyini bilmirəm. Deməzdim ki, onunla yaxın tanışlığımız var. “Salam-sağ ol” səviyyəsində münasibətimiz var. Düşünmürəm ki, o, mənim haqqımda nəsə pis söz deyə”.
Xatırladaq ki, Qasımov dünən “Belarus” “Minsk”i ilə Avroliqanın birinci təsnifat mərhələsinin cavab oyunundan (1:2) sonra istefa verən baş məşqçi Nazim Süleymanovun mümkün əvəzləyicilərindən danışarkən bunları dilə gətirmişdi: “Ağasəlim Mircavadov yaxşı məşqçidi. Amma mən onunla birgə işləyə bilmərəm. Heç bunu istəmirəm də”.
