8 iyul 2011 11:23

XL bütün yeni transferlərini təqdim etdi (FOTO)

"Xəzər Lənkəran" bu yay həyata keçirdiyi bütün yeni transflerlərini təqdim edib. Azerisport.az xəbər verir ki, onlar aşağıdakı futbolçulardı:
 
Oliveyra Eder Bonfim. 30 yaşlı Braziliyalı futbolçu əsasən sağ cinah müdafiəçisi mövqeyində oynayır. Karyerasının son üç mövsümünü Rumıniyada oynayan Ederin son iş yeri “Steaua” (Buxarest) komandası olub. Bundan əlavə o, bir çox Portuqaliya klubunda çıxış edib ki, onların arasında “Benfica” və “Braga” da olub. Bonfim ötən mövsüm Avropa Liqasında “Liverpool”un qapısından qol keçirməklə də yadda qalıb. Komandayla oyunçu arasında 1 illik müqavilə imzalanıb.
 
Rikardo Vilana Qomeş. Həmyerlisi Bonfimlə birlikdə ötən mövsüm “Steaua”nın şərəfini qoruyub. Mərkəz yarımmüdafiəçisi mövqeyində çıxış edir. Bu klubun heyətində ötən mövsüm Avropa Liqasında çıxış etməklə yanaşı, daha əvvəl digər rumın klubu “Unirea” ilə Rumıniya çempionu olub və UEFA Çempionlar Liqasında oynayıb. Rikardo Qomeş klubla 2 illik müqavilə bağlayıb.
 
Marius Onofraş. 30 yaşlı Rumıniyalı futbolçu cinah yarımmüdafiəçisi və hücumçu rollarında çıxış edir. Yuxarıda sadalanan iki oyunçu kimi, o da ötən mövsümü “Steaua”nın heyətində keçirib. Bundan əlavə, Onofraş müxtəlif Rumıniya klublarında forma geyinib, “Xəzər Lənkəran” isə onun vətənindən kənarda oynadığı ilk klubdu. “Unirea”nın heyətində 2009/2010 mövsümündə Çempionlar Liqasında oynamış Marius “Rangers”ə vurduğu qolla da yadda qalıb. Futbolçu ilə komanda arasına 1 illik müqavilə imzalanıb.
 
Joao Pinto Ribeyro Paulo. 31 yaşlı Portuqaliyalı mərkəz hücumçusu karyerasına “Boavista” klubunda başlayıb. Müxtəlif Portuqaliya klublarının heyətində çıxış etmiş Pinto, həmçinin Rumıniyanın “Rapid”, son mövsümdə isə Kiprin “Olimpiakos” klubunu şərəfini qoruyub. Forvard Kipr klubunun heyətində 16 qol vurmağı bacarıb. Klub Pinto ilə 2 illik müqavilə bağlayıb.
 
Tsaba Borbeli. Macarıstan əsilli Rumın vətəndaşı olan 31 yaşlı hücumçu müxtəlif Rumıniya klublarının heyətində 200-dən artıq oyun keçirib. Son mövsümdə isə ölkəsinin çempionu olan “Otelul”un şərəfini qoruyub. Futbolçu ilə klub arasında 1 illik müqavilə imzalanıb.
 
Veldin Muharemoviç. Komandaya son qoşulan Bosniya və Herseqovinalı müdafiəçi karyerası ərzində ölkəsini “Sarajevo” və Belçikanın “Lokeren” komandalarında çıxış edib. Bir neçə dəfə yığma komandaya da çağırılan Muharemoviçin 27 yaşı var. Müdafiəçi XL-la 1 illik müqaviləyə imza atıb.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.