8 iyul 2011 11:16
Georgi Adamiya: Banga üzərində qələbə ilə iş bitmir
“Qarabağ”ın yarımmüdafiəçisi Georgi Adamiya Avropa Liqasının birinci təsnifat mərhələsindəki rəqibləri Litva “Banga”sı ilə Bakıdakı cavab matçını şərh edib. Azerisport.az saytına müsahibəsində o, 3:0 hesablı darmadağınla bağlı bunları dilə gətirib:
“Bu qələbə hələ heç nə demək deyil. Düzdü, biz bir mərhələ adladıq. Amma bunu etməyə borclu idik. Növbəti rəqibimiz “Streymur” haqda ətraflı bilgimiz yoxdu. İstənilən halda rəqibi qiymətləndirməliyik. Bizimlə düşüblərsə, onları öyrənməli və oynamalıyıq”.
