8 iyul 2011 11:46
İnter sabah Terek`lə qarşılaşacaq
Türkiyənin İsparta şəhərində hazırlığını davam etdirən "İnter" dünən növbəti məşqini keçirib. Azerisport.az xəbər verir ki, komanda iyulun 6-da "Mersin İdman Yurdu" klubu ilə yoxlama görüşünə çıxdığından baş məşqçi Kaxaber Tsxadadze iyulun 7-nə cəmi bir məşq təyin edib.
Türkiyə vaxtı ilə saat 18:00-da start götürən məşq 90 dəqiqə davam edib. “Bankirlər” məşqə isinmə hərəkətləri ilə başlayıb. Bundan sonra futbolçular iki qrupa bölünərək topa sahib olmaq üzərində çalışıblar. Məşqın axırında isə oyunçular cinahdan ötürmələr və qapıya zərbələr üzərində işləyiblər.
Qeyd edək ki, bu gün "İnter" iki dəfə məşq edəcək. Sabah isə komanda Türkiyədəki toplanış çərçivəsində axırıncı yoxlama oyununa çıxacaq. Bakılıların növbəti rəqibi Rusiyanın "Terek" kollektivi olacaq.
