8 iyul 2011 12:22

Rəşad Sadiqov: Bu, Neftçi və XL-a əlavə güc verəcək

“Qarabağ”ın yarımmüdafiəçisi Rəşad Sadiqov dünən keçirilən Litva “Banga”sı ilə Avroliqanın birinci təsnifat mərhələsinin cavab oyunundan (3:0) sonra azerisport.az saytının suallarını cavablandırıb:

- “Banga” ilə cavab matçı necə keçdi?
- Biz qələbəyə oynayırdıq. Hər şeyə ilk oyunda aydınlıq gəlsə də, bu gün də eyni uğuru təkrarlamaq üçün meydana çıxmışdıq. Bütün azarkeşlərə belə dəstəyə görə minnətdarlığımı bildirmək istəyirəm. Bu, yeni mövsümdə doğma divarlar arasında keçirdiyimiz ilk oyun idi. İkinci mərhələyə adlamağa layiq idik. Növbəti mərhələdə də uğurumuzun davamını gətirməyə çalışacağıq.

- “Banga”nın qapınız qarşısında demək olar ki, bir dəfə də olsun təhlükəli vəziyyət yarada bilməməsini hiss etdiniz?
- Biz mümkün qədər topu özümüzdə çox saxlamalıydıq. Eyni zamanda onların təhlükəli vəziyyət yaratmasına da şərait yaratmırdıq. Amma hesab edirəm ki, “Banga” Bakıda daha yaxşı təsir bağışladı.

- Son yarım saatda “Qarabağ” sanki Farer adaları haqda düşünürdü...
- Sadəcə arxayınlıq yaranmışdı. Hesab artıq çox fərqli idi, daha başqa nə haqda düşünə bilərdik ki? Həm də zədələnməkdən qorxurduq, özümüzü qorumağa çalışırdıq.

- “Streymur” barədə nə bilirsiz?
- Elə də çox informasiyamız yoxdu. Amma bir şeyi dəqiq bilirik ki, onlar futbol oynamağı bacarırlar. Məncə, onlar “Banga”dan güclüdülər. Evdə daha yaxşı oynayırlar. Biz onlara yuxarıdan aşağı baxmamalıyıq.

- Oyunlarını görmüsüz?
- İnternetdən bəzi matçlarının epizodlarına baxmışam. Yaxşı komandadı. Yaxşı müdafiə oluna bilir.
 
- “Qarabağ”ın Avroliqanın qrup mərhələsinə vəsiqə qazanması nə dərəcədə realdı?
- Biz hər il irəliyə doğru bir addım atmaq istəyirik. İlk mövsümdə iki mərhələ adladıq. Ötən mövsüm isə üç. Eyni qrafik əsaslansaq, bu il artıq qrupa düşməliyik. Amma bu yolda püşk də öz sözünü deyəcək. Son mövsümlərdə püşk ümidlərimizi doğrultmayıb. Bir dəfə Hollandiya “Twente”si ilə düşdük, ötən il də Dortmund “Borussia”sı ilə.
 
- “Qarabağ” yenə ən layiqli təmsilçimiz olmağa yaxındı...
- Təəssüf ki, AZAL Avropa Liqasındakı çıxışını dayandırdı. Amma digər klublarımızda şans var. Hamımız onlara inanırıq və “Neftçi” ilə “Lənkəran”a azarkeşlik edəcəyik. İstənilən rəqibə qarşı oynamaq olar. Zaqreb “Dinamo”suna, Təl-Əviv “Maccabi”sinə qarşı oyunlarda qoy bizim “Rosenborg” və “Wisla” ilə oyunlarımızı xatırlasınlar. Bu, onlara əlavə güc verəcək. Əminəm ki, “Neftçi” də, XL da növbəti mərhələyə keçəcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.