8 iyul 2011 12:30
Azərbaycanlı ÇL-in oyununa təyinat aldı
AFFA-nın Beynəlxalq Əlaqələr Departamentinin rəisi Orxan Hüseynzadə yeni təyinat alıb. Azerisport.az xəbər verir ki, o, bu dəfə UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Skonto” (Latviya) – “Wisla» (Krakov, Polşa) oyununa təyin olunub.
Belə ki, bu qarşılaşmanın UEFA nümayəndəsi məhz Orxan Hüseynzadə olacaq. Qeyd edək ki, sözügedən oyun iyulun 13-də Riqa şəhərində keçiriləcək.
