8 iyul 2011 00:34
Nazim Süleymanov istefa verdi
UEFA Avropa Liqasında ölkəmizi təmsil edən AZAL-ın baş məşqçisi Nazim Süleymanov istefa verib. Azerisport.az xəbər verir ki, “təyyarəçilər”in çalışdırıcısı Belarus “Minsk”i ilə səfər matçındakı 1:2 hesablı yenilgidən sonra istefa qərarını açıqlayıb.
Belə ki, bu yenilgi onun komandasının növbəti mərhələyə adlamasına mane olub. Süleymanov isə bütün məsuliyyəti üzərinə götürərək, AZAL-dan getdiyini açıqlayıb.
Belə ki, bu yenilgi onun komandasının növbəti mərhələyə adlamasına mane olub. Süleymanov isə bütün məsuliyyəti üzərinə götürərək, AZAL-dan getdiyini açıqlayıb.
Maraq üçün bildirək ki, hələlik klub rəhbərliyinin onun istefasını qəbul edib-etməyəcəyi bilinmir. Çünki AZAL-ın prezidenti Vaqif Qasımov nəticədən asılı olmayaraq Nazim Süleymanovla yollarını ayırmayacaqlarını bəyan etmişdi.
