8 iyul 2011 12:43

9 sarı + 2 qırmızı + 2 qol = 2:0

Amerika kubokunda Argentinada təşkil olunan Amerika Kuboku davam edir. Azerisport.az xəbər verir ki, ötən gecə turnirin A qrupu çərçivəsində daha bir görüş keçirilib.
 
Bu dəfə Boliviya və Kosta Rika yığmaları qarşı-qarşıya gəlib. Olduqca gərgin keçən oyunda hakim düz 11 dəfə əlini cibinə atmalı olub ki, bunlardan da ikisi qırmızı vərəqə olub. Hər iki qırmızı vərəqə Boliviya yığmasının futbolçusuna göstəriilib. 71-ci dəqiqədə Ronald Rivero, 77-ci dəqiqədə isə Valter Alberto Flores meydandan kənarlaşdırılıb. Bundan başqa Boliviya yığmasına 6, Kosta Rikaya isə 3 sarı vərəqə göstərilib.
 
Oyun isə Kosta Rikanın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 60-cı dəqiqədə Joze Martines açıb. 79-cu dəqiqədə isə Coel Kempbell matçın nəticəsini müəyyənləşdirib.
 
Qeyd edək ki, bu qrupda meydan sahibi Argentina da yer alıb. Hər iki oyunda 1 xal qazanan argentinalılar iki xalla qrup üçüncüsüdü. Qrupa 4 xalla Kolumbiya başçılıq edir. İkinci pillədəki Kosta Rikanın 3 xalı var. Boliviya isə 1 xalla sonuncudu.
 
Sonda onu da əlavə edək ki, bu gecə turnirin C qrupunda Uruqvay Çili ilə, Peru isə Meksika ilə qarşılaşacaq.
 
Amerika Kuboku
A qrupu
2-ci tur
6 iyul
 
Boliviya – Kosta Rika – 0:2
Qollar: Joze Martines, 60, Coel Kempbell, 79.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.