8 iyul 2011 00:41
Nazim Süleymanov: Günahkaram, gedirəm
AZAL-ın baş məşqçisi Nazim Süleymanov UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin Belarus “Minsk”i ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, komandasının 1:2 hesablı yenilgisindən sonra bunları dilə gətirib:
“Mən belə aqibətlə üzləşəcəyimizi gözləmirdim. Bu, futboldu. Kim çox səhv buraxırsa, o da məğlub olur. İkinci hissədə azlıqda qalsaq da, nisbətən yaxşı oynadıq. Mən uşaqlara demişdim ki, sakitləşməsinlər, rəqibi gərginlikdə saxlasınlar. Təəssüf ki, mübarizəni dayandırmalı olduq. İlyarımdı bu komandada çalışıram. Bu uğursuzluğa görə günahkar mənəm. Ona görə də gedirəm. Komandaya uğurlar arzulayıram. Artıq istefa qərarımı komanda üzvlərinə və rəhbərliyə də bildirmişəm”.