8 iyul 2011 00:52
AZAL-ın prezidenti: Günahkar Süleymanovdu
AZAL-ın prezidenti Vaqif Qasımov istefa verən komandanın baş məşqçisi Nazim Süleymanovun boşalan postuna yerli mütəxəssis gətirəcəklərini bəyan edib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Bəli, biz artıq Nazimin istefasını qəbul etdik. O, hələ oyundan öncə də mənə demişdi ki, uduzsaq, komandadan gedəcək. Fikrimcə, məğlubiyyətimizdə elə o günahkardı. Onun yerinə kimi gətirəcəyik. Hələ bunu bilmirəm. Sadəcə onu deyə bilərəm ki, yerli mütəxəssis gətirəcəyik. Əcnəbi mütəxəssis bizə lazım deyil”.