9 iyul 2011 00:57
Azərbaycan millisi üçün yeni məşqçi (FOTO)
Futbol üzrə Azərbaycan yığmasının məşqçilər korpusunda dəyişiklik olacaq. Azerisport.az xəbər verir ki, bu haqda Almaniya mətbuatı iddia irəli sürüb.
Baş məşqçi Berti Foqtsun həmyerliləri iddia edir ki, o, komandamıza yeni fiziki hazırlıq üzrə məşqçi gətirir. Bu, Ralf Orman olacaq.
Qeyd edək ki, bu mütəxəssis indiyə qədər Almaniya Bundeslqasının bəzi klublarında çalışıb. Onu “Sumqayıt-Şəhər” komandasının baş məşqçisi Bernard Raabın məsləhət gördüyü xüsusi vurğulanır.
