9 iyul 2011 01:08
Kvirtiya: Özümüzə haqq qazandıra bilmirəm
AZAL-ın yarımmüdafiəçisi Nuqzar Kvirtiya Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Belarus “Minsk”i ilə uğursuz səfər matçını (1:2) şərh edib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“İlk oyundakı qol vəziyyətlərimizdən yararlanmaq lazım idi. Minskdə biz iki qolu çox erkən buraxdıq. 11-ci dəqiqədə 0:2 hesabıyla geriyə düşən futbolçular üçün toparlanmağın nə qədər çətin olduğunu təsəvvür edin də. Bundan sonra özümüzə çox gec gəldik. Özümüzə qətiyyən haqq qazandıra bilmirəm. Çünki hər şeydə günahkar özümüzük. Digər tərəfdən “Minsk”in zəif komanda olmadığını da qeyd etmək lazımdı”.