9 iyul 2011 13:28
Hedin Asxam: Qarabağın Banganı keçəcəyinə əmin idim
Farer adalarının “Streymur” klubunun baş məşqçisi Hedin Asxam “Qarabağ”ın Avropa Liqasının birinci təsnifat mərhələsini uğurla adlayacağına öncədən əmin olduğunu dilə gətirib. Qeyd edək ki, “Banga” (Litva) – “Qarabağ” cütü ikinci təsnifat mərhələsində məhz “Streymur”a rəqib olacağından, Asxam da bu komandaların çıxışını xüsusi olaraq diqqətdə saxlayıb:
“Biz öncədən də əmin idik ki, biz Azərbaycan klubu ilə oynamalı olacağıq. “Qarabağ” təcrübəli kollektivdi. Bu komanda iki dəfə Avroliqanın qrup mərhələsinin bir addımlığında dayanıb. İndi bizə onların oyunlarının videoyazasını tapmaq və yaxşı hazırlaşmaq qalır”.