9 iyul 2011 14:15
XL iştirak ərizəsini UEFA-ya təqdim etdi (YENİLƏNİB)
Avropa Liqasının ikinci təsnifat mərhələsindən mübarizəyə qoşulacaq Azərbaycan kubokunun qalibi "Xəzər Lənkəran"ın İsrailin "Maccabi" klubu (Təl-Əviv) ilə oyunlar üçün sifariş ərizəsi müəyyənləşib. Azerisport.az xəbər verir ki, iyulun 14-də İsraildə ilk oyununa çıxacaq komandamız bu komanda ilə duellərə cəmi 20 futbolçu sifariş edib.
Lənkəranlıların bu gecə UEFA-ya təqdim etdiyi Avroliqa üçün ilkin iştirak ərizəsində 7 yeni futbolçu var. Bunlar qapıçı - Kamal Bayramov, müdafiəçilər - Veldin Muharemoviç və Eder Bonfim, yarımmüdafiəçi Rikardo Qomeş, hücumçular - rumın Tsaba Borbeli və Marius Onofraş və portuqaliyalı Joao Pintodu.
Artıq “ağ-yaşıllar”ın yenilərinin nömrə seçimləri də müəyyənləşib. Belə ki, Kamal Bayramov 85 nömrə altında çıxış edəcək. Muharemoviç 4-ü, Bonfim 8-i, Borbeli 9-u, Onofraş 77-ni, Pinto 80-i, Rikardo 81-i seçib.
Sonda qeyd edək ki, öncədən açıqlanan syahıda Şəhriyar Xəlilovun adına rast gəlinməsə də, XL rəsmi saytı vasitəsilə açıqladığı siyahıda onun da yer aldığını bildirib.
Qapıçılar: 1. Kamran Ağayev, 85. Kamal Bayramov;
Müdafiəçilər: 2. Elnur Abdullayev, 3. Elvin Beqiri, 4. Veldin Muharemoviç, 8. Eder Bonfim, 23. Şəhriyar Xəlilov;
Yarımmüdafiəçilər: 5. Dieqo Souza, 7. Katalin Doman, 10. Elnur Abdullayev, 11. Andrey Mureşan, 14. Rahid Əmirquliyev, 16. Adrian Pit, 18. Alim Qurbanov, 81. Rikardo Qomeş, 84. Julius Vobay;
Hücumçular: 9. Tsaba Borbeli, 15. Emeka Opara, 77. Marius Onofraş, 80. Joao Pinto.
