9 iyul 2011 13:55
Slavço Georgiyevski: Azərbaycanlı azarkeşləri sevindirməyə borcluyuq
Azərbaycan çempionu “Neftçi”nin makedoniyalı yarımmüdafiəçisi Slavço Georgiyevski azerisport.az saytına müsahibəsində komandasının UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin Xorvatiya “Dinamo”su ilə oyunlara hazırlığından və bu komanda ilə dueldəki şanslarından danışıb.
- ÇL-ə hazırlıqlarınız necə gedir?
- Hər şey plan üzrə davam edir. Yaxşı köklənmə var. Aydın məsələdi ki, Zaqreb “Dinamo”su sıradan rəqib deyil. Amma “Neftçi” onlara layiqli müqavimət göstərə bilər. Əsas odu ki, oyuna tam hazır olaq. Bizi iki çətin görüş gözləyir. Sonda növbəti mərhələyə bir komanda adlayacaq ki, biz də həmin komandanın məhz “Neftçi” olmasını istəyirik.

- Siz bu komanda ilə tanışsız?
- Hər halda digər rəqiblərlə müqayisədə onlarla daha yaxşı tanışam. “Dinamo”nun iştirakı ilə demək olar bütün avrokubok oyunlarına baxmışam. Onlar Avroliqanın qrup mərhələsində çıxış ediblər. Əla komandadı. Bir neçə yaxşı futbolçusu var. Artıq neçə illərdi ki, bu komanda Xorvatiyanın az qala dəyişməz çempionuna çevrilib. Hər il də avrokuboklarda çıxış edir. Rəqib güclüdü, amma “Neftçi” də öz gücünü göstərməyə qadirdi.
- 2007-ci ildə “Dinamo” artıq bir Azərbaycan klubu ilə qarşılaşıb və “Xəzər Lənkəran” üçün keçilməz olub. Necə düşünürsüz, həmin komanda güclü idi, yoxsa indiki?
- Mən “Xəzər Lənkəran”ın həmin oyunlarına baxmışam. Hər iki oyun 1:1 bitmişdi, Zaqrebdəki qarşılaşmada meydan sahibləri yalnız əlavə vaxtda qələbəni təmin edə bildi. O zaman xorvatların heyətində çox güclü futbolçular çıxış edirdi. İndi onların əksəri İngiltərədə çıxış edirlər. Həmin komanda ilə indikini müqayisə etmək bir qədər çətindi. İstənilən halda “Dinamo” həmişə öz oyunun sərgiləyir.
- Rəqibin nə kimi üstünlükləri var?
- Onların yeganə üstünlükləri təcrübəli olmalarıdı. Aydın məsələdi ki, hər il avrokuboklarda çıxış edən komanda üçün daha rahatdı. “Neftçi” isə artıq bir neçə ildi belə turnirlərə qatılmır. Bu fakt psixoloji cəhətdən komandaya təsir edə bilər. Amma komandamızın üzvləri bu oyunlara çox güclü kökləniblər. Biz üçüncü mərhələyə adlamağı çox istəyirik.

- Şanslarınızı necə qiymətləndirərdiz?
- Şanslar bərabərdi. “Neftçi” nəticəyə oynayacaq. “Dinamo”nu necə, hansı hesabla keçməyimiz elə də önəmli deyil. Biz sadəcə hər iki oyunda sərfəli nəticə qazanmaq istəyirik.
- İlk oyunda sizi hansı hesab qane edəcək?
- Səfərdə 1:0 hesablı qələbə qazanıb, evdə 0:2 uduza da bilərik. İlk oyunda qələbə və ya səfər qolu heç nəyi həll etmir. Komanda hər iki oyunda sərfəli nəticə haqda düşünməlidi. Çempionatda bizdə demək olar ki, hamı qol vururdu: Cavid Hüseynov, Flavinyo, Emil Mpenza və başqaları. İndi “Dinamo”nun da qapısına yol tapmaq lazımdı. İnanıram ki, biz zaqrebliləri keçə biləcəyik.

- Adətən rəqiblər Bakının istisindən şikayətlənirlər. Bu məqam ev oyununda “Neftçi”yə kömək edə bilər?
- Bu sadəcə psixoloji faktordu. Məlum olduğu kimi, Xorvatiya, Makedoniya və digər Balkan ölkələrində də hazırda yaydı. Orda da 30-35 dərəcə isti hökm sürməkdədi. Ona görə də onlar ciddi hava dəyişkənliyinə məruz qalmayacaqlar ki, biz bunu üstünlük hesab edək. Biz sadəcə öz oyunumuzu sərgiləmək haqda düşünməliyik. Yalnız bu halda “Dinamo”nu keçə bilərik. Yadıma gəlir ki, “Dinamo” Moldova “Sherif”inə necə uduzub, Avroliqaya düşdü. Deməyim odu ki, heç kim öncədən nə olacağını bilmir. Mən bütün Azərbaycan klublarına azarkeşlik edəcəm. Azərbaycanlı azarkeşlər qələbəyə layiqdilər. Biz onları sevindirməyə borcluyuq.