9 iyul 2011 14:54

Maccabi Xəzər Lənkəranı hərtərəfli öyrənib

Azərbaycan kubokunun qalibi “Xəzər Lənkəran”ın Avropa Liqasının ikinci təsnifat mərhələsindəki rəqibi olan İsrailin “Maccabi” (Təl-Əviv) klubu iyulun 14-də keçiriləcək ilk oyuna tam hazırdı. İsrail mətbuatının yaydığı məlumata görə, paytaxt klubu nəzərdə tutulan bütün transferləri həyata keçirərək oyunun başlamasını səbirsizliklə gözləyir.
 
Azerisport.az xəbər verir ki, Avstriyada təlim məşq toplanışında olan “Xəzər Lənkəran”ın hazırlıqlarını izləmək üçün klubun əməkdaşı Qadi Karmeli bu ölkəyə səfər edərək “Xəzər Lənkəran”ın hazırlığı haqqında ətraflı məlumat da toplayıb. “Maccabi”nin düşərgəsinə qayıdan Karmeli lazımi məlumatları klub rəhbərliyinə çatdırıb. Fulpmes şəhərciyinin “Stubaierhof” otelində məskunlaşan “Xəzər Lənkəran” haqqında istənilən məlumatı almaq üçün “Maccabi”nin casusu əvvəlcə çətinliklə rastlaşsa da, sonradan problemi həllə edə bilib.
 
“Xəzər Lənkəran”ın səhər və axşam məşqləri, həmçinin düşərgəyə gələn yeni futbolçularla bağlı müfəəssəl məlumatlar toplayan Qadi Karmelin İsrailə operativ ötürdüyü bəzi məlumatlar bir neçə saat sonra Azərbaycan mətbuatında yayımlanırmış. İsrail mətbuatı “Maccabi”nin bu operativ çalışa bilmək bacarığını qabardaraq qeyd edir ki, “Xəzər Lənkəran”ın hər bir yeni futbolçusunun karyerası Təl-Əviv komandasının məşqçilər korpusu tərəfindən diqqətlə araşdırılıb. (12-ci oyunçu)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.