9 iyul 2011 15:23
Rednik həmyerlisindən imtina etdi (FOTO)
“Xəzər Lənkəran” baxışa çağırdığı futbolçuların daha birindən imtina edib. Azerisport.az xəbər verir ki, baş məşqçi Mirça Rednik baxışa çağırdığı həmyerlisi Adrian Vlası bəyənməyərək geri qaytarıb.
Qeyd edək ki, 1982-ci il təvəllüdlü Vlas qapıçıdı. 10 il “Farul”un şərəfini qorumuş bu oyunçu ötən ildən “Viitorul”a keçsə də, burda da oyun təcrübəsi baxımından ciddi əziyyət çəkməli olub. Belədə o, özünə yeni klub axtarmağa başlayıb.
Lakin o, “Xəzər Lənkəran”ın Avstriyadakı düşərgəsində olduğu sınaq müddətində komandamızın məşqçilər korpusunun da xoşuna gəlməyib. Nəticədə, Rednik rumıniyalı qapıçını geri qaytarmalı olub.
