9 iyul 2011 19:37
Vaqif Qasımov: Nazim Süleymanovun istefasını qəbul etməmişik
AZAL-ın prezidenti Vaqif Qasımov komandanın baş məşqçisi Nazim Süleymanovun istefaya yollanmasına münasibətini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları dilə gətirib:
“Çox şey deyə bilərlər. Şəxsən mən heç bir namizədlə danışıqlar aparmamışam. Hələlik, AZAL-ın baş məşqçisi Nazim Süleymanovdu. Biz hələ onun istefasını qəbul etməmişik. Bu suala aydınlıq gəlməyib. Mümkündü ki, Süleymanov postunda qalsın. Bu məsələyə gələn həftə aydınlıq gətirəcəyik”.

Maraq üçün xatırladaq ki, Qasımov “Belarus”un “Minsk” klubu ilə oyundan dərhal sonra baş verən istefanın ardından saytımıza verdiyi açıqlamada bunu qəbul etdiklərini, hətta yeni baş məşqçinin yerli mütəxəssis olacağını bildirmişdi.