9 iyul 2011 11:32
Amerika kubokunda sensasiyalara davam
Argentinada təşkil olunan Amerika Kuboku davam edir. Azerisport.az xəbər verir ki, ötən gecə turnir çərçivəsində daha iki görüş keçirilib.
B qrupu çərçivəsində Uruqvay Çili, Peru isə Meksika ilə qarşılaşıb. Turnirin favoritlərindən olan Uruqvay ilk oyunda da xal itirdiyindən bu dəfə mütləq qələbə qazanmaq istəyirdi. Lakin ilk oyununu qələbə ilə başa vurmuş Çili onların bu arzusunu gözündə qoyub. Beləcə qeydə alınan heç-heçə sayəsində Çili qrup liderliyini ələ keçiribsə, Uruqvay üçüncü pillədə qalıb və şanslarını sona tura saxlayıb.
Peru isə bir qədər də qabağa gedərək Meksika üzərində sensasion qələbəyə imza atıb. Qeyd edək ki, bir müddət öncə başa çatan CONCACAF “Gold Cup” turnirinin qalibi olan meksikalılar bu turnirdə də favoritlərdən hesab olunurdular. Lakin ilk matçında cəmi 1 xal qazanan bu ölkə millisi Peruya uduzmaqla qrup sonuncusu olub və demək olar ki, qrupdan çıxmaq şansı qalmayıb.
Sonda onu da əlavə edək ki, bu gecə turnirin B qrupu çərçivəsində Braziliya Paraqvayla, Venesuela isə Ekvadorla qarşılaşacaq.
Amerika Kuboku
C qrupu
2-ci tur
8 iyul
Uruqvay – Çili – 1:1
Qollar: A.Pereyra, 54 – A.Sançes, 65.
Peru – Meksika – 1:0
Qol: Querrero, 83.
|
1
|
Çili
|
2
|
1
|
1
|
0
|
3
|
2
|
4
|
|
2
|
Peru
|
2
|
1
|
1
|
0
|
2
|
1
|
4
|
|
3
|
Uruqvay
|
2
|
0
|
2
|
0
|
2
|
2
|
2
|
|
4
|
Meksika
|
2
|
0
|
0
|
2
|
1
|
3
|
0
|
