9 iyul 2011 11:52
Mançester stadionunun adı dəyişdirildi
İngiltərə Premyer Liqa klublarından “Manchester City”nin stadionunun adı dəyişdirilib. Azerisport.az xəbər verir ki, sözügedən komandaya məxsus arena bundan sonra yeni sponsorun adını daşıyacaq.
Qeyd edək ki, sözügedən arena “City of Manchester” adını daşıyırdı. Lakin klub rəhbərliyi Etihad Hava Yolları ilə razılaşdırdığı sponsorluq anlaşmasına əsasən stadionun məhz bu şirkətin adını daşımasına razılıq verib.
Beləliklə, “City of Manchester” bundan sonrakı 10 il ərzində məhz “Etihad” adlanacaq. Çünki müqavilənin müddəti məhz bu qədər nəzərdə tutulub. Bu anlaşmanın “Manchester City”yə 150 milyon sterlinq gəlir gətirdiyi bildirilir.
Qeyd edək ki, Premyer Liqada daha öncə “Arsenal”, Emirates Hava Yolları ilə 2004-cü ildə həyata keçirdiyi anlaşmayla, stadionunun ad haqqını 100 milyon sterlinq qarşılığında 15 illiyinə bu şirkətə satmışdı. İngiltərədə “Manchester City” və “Arsenal”la yanaşı “Bolton”, “Stoke City”, “Wigan” və “Swansea” klublarının da stadionları sponsorlarının adını daşıyır.
