9 iyul 2011 22:00
İnter Terekə məğlub oldu (YENİLƏNİB)
Türkiyənin İsparta şəhərində təlim-məşq toplanışını davam etdirən "İnter" qardaş ölkədəki hazırlıq prosesi çərçivəsində bu gün növbəti yoxlama görüşünü keçirib. Azerisport.az xəbər verir ki, “bankirlər”in bu dəfəki rəqibi Rusiya Premyer Liqasında çıxış edən "Terek" klubu olub.
Qarşılaşma Rusiya klubunun qələbəsi ilə başa çatıb - 2:1. "Bankirlər"in yeganə qoluna Girt Karlson imza atıb.
Xatırladaq ki, toplanış çərçivəsində "İnter" artıq iki yoxlama oyununda qüvvəsini sınamışdı. İlk görüşdə komanda Ukraynanın "Metallurg"(Zaporojye) klubunа 4:0 hesabı ilə qalib gəlib, ikinci oyunda isə Türkiyənin "Mersin İdman Yurdu" kollektivi ilə məhsuldar heç-heçəyə imza atmışdı - 3:3.
"İnter" Bakıya iyulun 12-də qayıdacaq.
Yoldaşlıq oyunu
9 iyul
İnter - Terek - 1:2
