9 iyul 2011 12:00
İnter`də yeni qapıçı (FOTO)
"İnter" Türkiyənin İsparta şəhərində təlim-məşq toplanışını davam etdirir. Azerisport.az xəbər verir ki, komandanın dünən axşam keçirilən məşqi maraqlı hadisə ilə yadda qalıb. Belə ki, komandanın yarımmüdafiəçisi Petar Zlatinov özünü başqa ampluada sınamaq qərarına gəlib. Bolqarıstanlı futbolçu əlcək geyinərək qapıda durub. Bir neçə zərbəni məharətlə qaytaran Petar komanda yoldaşlarının alqışlarını qazanıb.
