9 iyul 2011 00:28

Georgi Adamiya: Belə rəqiblərə uduzmaq olmaz

“Qarabağ”ın gürcü yarımmüdafiəçisi Georgi Adamiya azerisport.az saytına müsahibəsində komandasının Avropa Liqasının birinci təsnifat mərhələsində Litva “Banga”sı ilə oyunlarından, eləcə də növbəti rəqibləri olan Farer adalarının “Streymur” klubundan danışıb.
 
- Georgi, növbəti rəqibinizdən başlayaq. “Streymur” haqda nə bilirsiz?
- Düzünü desəm, heç nə.

- Farer adalarının futbolu haqda heç nə bilmirsiz?
- Bilirəm ki, onlar da futbol oynaya bilirlər. Amma mən indiyə qədər onlara qarşı oynamamışam. Amma gələn həftə belə bir imkan qazanmış olacam.

- “Banga” cavab oyununda necə görünürdü?
- Onlar ilk oyunla müqayisədə bu dəfə daha aqressiv oyun sərgilədilər. Amma bu, yəqin ki, bizim arxayınlaşmağımızdan irəli gəlirdi. Xüsusilə də ikinci hissədə özümüzü qorumağa başlamağımız onların başlarını bir qədər də yuxarı qaldırmasına şərait yaratmışdı.
 
- Razısız ki, “Qarabağ” artıq avrokuboklarda qələbələrə alışıb?
- “Banga” kimi komandaları keçməyimiz lazımdı. Belə rəqiblərə uduzmaq olmaz. Əlbəttə, avrokuboklarda tez-tez oynadıqca, bu tempə alışırsan. Dərhal nəticə qazanmaq mümkünsüzdü.
 
- Mərhələ adlamağınızda əsas fakt Litvadakı darmadağın oldu?
- Bizim qarşımıza hər şeyi ilk oyunda həll etmək vəzifəsi qoyulmuşdu. Düşünürəm ki, buna da nail olduq. Amma cavab matçında biz yeni mövsümdə ilk dəfə doğma azarkeşlərin qarşısında oyuna çıxırdıq. Belə oyunda başqa nəticədən söhbət də gedə bilməzdi.
 
- Artıq çoxları hesab edir ki, “Qarabağ” üçün Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmağın vaxtıdı...
- Gəlin, hələ bu haqda danışmıyaq. Biz hələ yenicə ikinci təsnifat mərhələsinə vəsiqə qazanmışıq. Oynamaq, yenə oynamaq lazımdı. Düzdü, “Banga” üzərində qələbəni dəyərləndirməmək olmaz. Amma litvalıları yenməklə qrup mərhələsinə düşmək olmur. Bundan sonra daha çətin oyunlarımız olacaq. Əlbəttə, püşkatmadan da çox şey asılıdı.

- Siz, son mövsümün bombardiri olsaz da, Avroliqanın ilk oyunlarında susqunluğunuzu poza bilmədiniz. Nə səbəb oldu?
- Əgər komandam qələbə qazanırsa, bu, mənim üçün kifayətdi. Mənim qollarım isə güman ki, olacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.