9 iyul 2011 00:48
Kəpəz iki futbolçudan imtina edib, ukraynalıları sınayır
“Kəpəz” yeni mövsümün hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, 2011/12 mövsümünə doğma şəhərdə hazırlaşan komanda yeni futbolçuları sınamağı da unutmur.
Baş məşqçi Mehman Allahverdiyev komandanın düşərgəsinə dəvət etdiyi iki futbolçunu bəyənməyərək geri qaytarıb. Bunlar “Ryazan”dan dəvət olunan Nelson Leo və “Tiraspol”dan gəən Yuri Bondarçukdu.
Hazırda isə bölgə təmsilçisinin düşərgəsində iki ukraynalı futbolçu baxışdadı. Onlardan Valeri Radçenko hücumçudu. Vladimir Çulanov isə orta sahə oyunçusudu. Qeyd edək ki, Radçenko Kiyev “Dinamo”sunun yetirməsidi.
