10 iyul 2011 13:42
Neftçi`nin əvəzində Rapid
Azərbaycan çempionu “Neftçi” ilə Rumıniyanın “Steaua” klubları arasındakı yoldaşlıq görüşü baş tutmayıb. Azerisport.az xəbər verir ki, rumınlar bakılıların əvəzində Moldovanın “Rapid” klubuyla qarşılaşmalı olublar.
“Ağ-qaralar” isə artıq yoldaşlıq görüşlərini başa vurublar. Arif Əsədovun komandası artıq bir də UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin “Dinamo” (Zaqreb) ilə oyununda meydana çıxacaq.
Qeyd edək ki, bu komandalar arasındakı ilk qarşılaşma iyulun 13-də Xorvatiyada keçiriləcək.
