10 iyul 2011 14:03
“Qarabağ`ın qrup mərhələsinə düşməsi realdı”
Litvanın “Banga” klubunun müdafiəçisi İrmantas Zelmikas azerisport.az saytına müsahibəsində “Qarabağ”la oyunlardan və komandamızın Avropa Liqasında bundan sonrakı şanslarından danışıb.
- Siz “Qarabağ”la hər iki oyunda iştirak etdiniz. Bu komandanın ünvanına nə deyə bilərsiz?
- Çox güclü komandadı. “Qarabağ”ın oyun tərzi mənim çox xoşuma gəldi. Dərhal hiss olunur ki, başqa səviyyədi.
- Çox güclü komandadı. “Qarabağ”ın oyun tərzi mənim çox xoşuma gəldi. Dərhal hiss olunur ki, başqa səviyyədi.
- Azərbaycanlılarla oyunlarda daha çox nə yadda qalan oldu?
- Onlar topu özlərində çox yaxşı saxlayırdılar. Çox intizamlı komandadı. Bütün futbolçular eyni prinsiplə oynayırlar. Futbolçular meydanda nə etməli olduqlarını düşünmürlər.
- Onlar topu özlərində çox yaxşı saxlayırdılar. Çox intizamlı komandadı. Bütün futbolçular eyni prinsiplə oynayırlar. Futbolçular meydanda nə etməli olduqlarını düşünmürlər.
- Çoxları “Qarabağ”ı “Barcelona” ilə müqayisə edir...
- “Barcelona”ya qarşı da oynaya bilsəydim, dəqiq bilərdim... Amma belə qeyd etdiyim kimi, onların səviyyəsi bizdən çox yüksək idi. Komanda öz imkanlarını gözəl bilir.
- “Qarabağ”ın “Streymur”u keçəcəyinə şübhəniz var?
- Fikrimcə, problemsiz keçə biləcəklər.
- Fikrimcə, problemsiz keçə biləcəklər.
- Bəs bu komanda ümumilikdə nə qədər uzağa gedə bilər?
- Bu haqda danışmaq çətindi. Amma şanslar yüksəkdi. Komandada bir neçə mərhələ adlamaq üçün potensial var.
- Qrup mərhələsinə düşmək realdımı?
- Hesab edirəm ki, bəli, realdı.
- Siz vaxtilə də Azərbaycan komandalarına qarşı çıxış etmisiz. İnkişaf hiss olunur?
- Əlbəttə, ildən-ilə Azərbycan futbolunun səviyyəsi qalxmaqdadı.
- Əlbəttə, ildən-ilə Azərbycan futbolunun səviyyəsi qalxmaqdadı.
