10 iyul 2011 14:12
Terek`in futbolçusu: İnter`ə qalib gəlmək istəyirdik
Rusiyanın "Теrek" klubunun yarımmüdafiəçisi Aleksandr Pavlenko "İnter"lə keçirilən yoldaşlıq oyunu və Bakı komandası haqqında öz fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, paytaxt klubunun rəsmi saytına müsahibəsində bunları dilə gətirib:
“Mən elə başa düşdüm ki, birinci hissədə komandanızın heyətində əsas futbolçular oynadı, fasilədə isə onların yerinə yeni futbolçular və yaxın ehtiyat üzvləri meydana daxil oldular. Bunu oyunun gedişindən də başa düşmək olar. Birinci hissədə bərabər səviyyəli oyun getdi, lakin "İnter" yaradılan qol fürsətindən yararlana bildi. Amma ikinci hissədə biz təşəbbüsü əla aldıq. Demək istərdim ki, oyunun yoldaşlıq statusu daşımasına baxmayaraq, biz qələbə qazanmaq istəyirdik.
Etiraf edim ki, Azərbaycan çempionatını izləmirəm, lakin bununla belə, əminliklə söyləyə bilərəm ki, "İnter" ölkənizin ən güclü klublarından biridi. Görünür ki, "İnter" çox təcrübəli komandadı. Mənim fikrimcə, komandanız növbəti mövsümdə ötən mövsümə baxanda daha yaxşı çıxış edəcək və fürsətdən istifadə edib "İnter"ə gələcəkdə uğurlar arzulayıram.
Əlavə etmək istərdim ki, mən Moskvanın "Spartak" klubunda birgə çıxış etdiyim Valeri Abramidze və Georgi Lomayanı görməyə çox şad oldum. Onlar mənə Azərbaycan futbolu barədə məlumat veriblər”.
