10 iyul 2011 21:17
Motti İvanirlə Mirça Rednik jurnalistlərlə görüşəcək
Azərbaycan kubokunun qalibi “Xəzər Lənkəran”la İsrailin “Maccabi” (Təl-Əviv) klubları UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunundan öncə mətbuat konfransı keçirəcəklər. Azerisport.az xəbər verir ki, artıq bu tədbirlərin keçiriləcəyi tarix də müəyyənləşib.
İsrail və Azərbaycandan olan jurnalistlərin qarşısına öncə İsrail klubunun baş məşqçisi Motti İvanir çıxacaq. Onun mətbuat konfransı iyulun 13-də saat 19:00-da başlayacaq. Bundan iki saat sonra isə “ağ-yaşıllar”ın çalışdırıcısı Mirça Rednik mətbuat nümayəndələrinin suallarını cavablandıracaq.
Qeyd edək ki, bu iki komanda arasındakı ilk oyun iyulun 14-də Təl-Əvivdəki “Blumfild” stadionunda keçiriləcək və 22:30-da başlayacaq.
