10 iyul 2011 11:25

“Avrokuboklara belə rəqiblərlə başlamaq istəyənlər, oynayıb, qələbə qazansınlar”

“Qarabağ”ın hücumçusu Vüqar Nadirov azerisport.az saytına müsahibəsində komandasının Avropa Liqasındakı çıxışını dəyərləndirib.

- Qarşıdakı “Streymur”la oyundan nə gözləyirsiz?
- Mən YouTube-da bu komandanın iştirakıyla baş tutan bəzi oyunlara baxmışam. Yaxşı komandadı. Mən onların zəif hesab etməyin əleyhinəyəm. Onların xüsusilə yaxşı müdafiə xəttinin olduğunu deyə bilərəm.

- Yəni hələlik tanışlığınız yalnız internetlə kifayətlənir?
- Bəli, elədi.
 
- Sizcə, “Streymur” “Banga”dan güclüdü?
- Mənə elə gəlir ki, hə. Amma istənilən halda hər şeyi oyunlar göstərəcək. Əlbəttə, “Banga” səviyyəcə bizə uduzurdu. Mən hətta bəzilərindən belə atmacalar da eşidirdim ki, rəqibimiz həddən artıq zəif idi. Amma biz belə rəqibi öz zəhmətimizlə haqq etmişik. Əvvəlki illərdəki çıxışımızla, qazandığımız reytinq xallarımızla. Əgər kimsə avrokuboklara belə rəqiblərlə başlamaq istəyirsə, qoy oynasın, qələbə qazansın.

- “Qarabağ”ı Farer adalarının klubu ilə qarşılaşmada da favorit hesab edə bilərik?
- Mən favoritin adını açıqlamaq istəmirəm. Şanslar onsuz da bərabərdi. Biz hələ “Streymur”la oyunların heç birini keçirməmişik. İlk oyunumuz səfərdədi. Ona görə də çətin ola bilər, indidən nəsə demək mümkünsüzdü.

- Amma üçüncü mərhələdəki rəqibiniz tam fərqli olacaq...
- Gəlin hələ öncə “Streymur”u keçək. Bu rəqibi keçəndən sonra üçüncü təsnifat mərhələsindəki rəqibimiz haqda da danışarıq.

- “Banga” ilə oyunlarda bir neçə yüz faizli qol epizodlarını qaçırmağınıza nə səbəb oldu?
- Əlbəttə, qol vurmağı hər zaman istəyirsən. Bütün futbolçular mümkün qədər çox qol vurmağa çalışır. Amma digər tərəfdən komandan qalib gələndə bir qədər arxayınlaşma da olur.
 
- Bu arxayınlaşma xüsusilə Bakıdakı oyunun ikinci hissəsində aşkar hiss olunurdu...
- Olan işdi. Biz üç yaxşı hissə oynamışdıq. Bir qədər özümüzü də qorumalıydıq. Bu, normaldı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.