10 iyul 2011 00:33

İnter qələbəni əldən verdi (FOTOLAR)

Xəbər verdiyimiz kimi, Türkiyənin İsparta şəhərində təlim-məşq toplanışını davam etdirən "İnter" növbəti yoxlama görüşünü keçirib. Azerisport.az xəbər verir ki, “bankirlər” Rusiya Premyer Liqasında çıxış edən "Terek" klubu ilə qarşılaşıb və məğlub olub.
 
"İnter" meydana bu start heyətilə çıxıb: Georgi Lomaya, Arif Daşdəmirov, Valeri Abramidze, Vladimir Levin (k), İlia Kandelaki, Bronislav Çervenka, Samir Zərgərov, Asif Məmmədov, Petar Zlatinov, Girt Karlson və baxışda olan futbolçu (klubla müqaviləsi olmadan onun adı açıqlanmır).
 
İlk dəqiqələrdən meydanda bərabər mübarizə gedib. Hissənin sonunda isə "İnter" hesabı açmağa müvəffəq olub. 40-cı dəqiqədə "Terek"ın qapıçısı Petar Zlatinovun zərbəsindən sonra komandasını ilk anda xilas edib, lakin epizodun davamında Karlson topu boş qapıdan keçirməyə nail olub.
 
Ötən yoxlama görüşlərdə olduğu kimi, bu dəfə də Kaxaber Tsxadadze fasilədə heyətdə dəyişikliyə əl atıb. Baş məşqçi meydana Səlahət Ağayev, Xəyal Mustafayev, Rüstəm Abbasov, Ruslan Poladov, Nizami Haciyev, Daniel Genov, Şəhriyar Rəhimov, Baçana Tsxadadze və baxışda olan digər futbolçunu buraxıb. İkinci hissənin gedişində gürcü mütəxəssis daha iki əvəzetməyə əl atıb. O, Elnur Abdulovla Asif Miriliyə də şans verib.
 
İkinci hissənin əvvəlində "Terek" hesabı bərabərləşdirib. Çox keçmədən komanda qapısında ikinci qolu görüb. Buraxılan qollardan sonra "İnter" irəli atılsa da hesabı dəyişə bilməyib. Beləliklə, görüş 2:1 hesabı ilə "Terek"ın xeyirinə başa çatıb.
 
Qeyd edək ki, bu “İnter”in Türkiyədəki toplanış çərçivəsində axırıncı yoldaşlıq görüşü idi. Xatırladaq ki, birinci yoxlama oyununda "İnter" Ukraynanın "Metallurg"(Zaporojye) klubunu 4:0 hesabı ilə məğlub etmişdi. İkinci görüşdə isə komanda Türkiyənin "Mersin İdman Yurdu" kollektivi ilə sülh bağlamışdı - 3:3.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.