11 iyul 2011 12:55
Maccabi – Xəzər Lənkəran oyununa bütün təyinatlar açıqlandı
UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində iyulun 14-də Təl-Əviv şəhərindəki “Bloomfield” stadionunda keçiriləcək “Maccabi” – “Xəzər Lənkəran” oyununa bütün təyinatlar açıqlanıb. Azerisport.az xəbər verir ki, sözügedən oyunu adları aşağıda göstərilmiş hakimlər idarə edəcək:
Baş hakim: İlias Spathas
Baş hakimin köməkçiləri: Grigorios Panou, Dimitrios Goukos
Dördüncü hakim: Stavros Mantalos
(Hakimlər briqadası Yunanıstandandır)
Hakim-inspektor: Peter Jones (İngiltərə)
UEFA nümayəndəsi: Milovan Djukanovic (Çernoqoriya)
Qeyd edək ki, “Maccabi” – “Xəzər Lənkəran” görüşü Bakı vaxtı ilə saat 22:30-da start götürəcək. Cavab görüşü isə bir həftə sonra Bakıda keçiriləcək.
