11 iyul 2011 13:14
UEFA Dinamo-Neftçi matçı üçün bütün təyinatları açıqladı
UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində iyulun 13-də Xorvatiyanın Zaqreb şəhərindəki “Maksimir” stadionunda keçiriləcək “Dinamo” – “Neftçi” oyununa bütün təyinatlar açıqlanıb. Azerisport.az xəbər verir ki, sözügedən oyunu adları aşağıda göstərilmiş hakimlər idarə edəcək:
Baş hakim: Antoni Gautier
Baş hakimin köməkçiləri: Michael Annonier, Christophe Capelli
Dördüncü hakim: Ruddy Buquet
(Hakimlər briqadası Fransadandır)
Hakim-inspektor: Vaclav Krondl (Çexiya)
UEFA nümayəndəsi: Sune Hellströmer (İsveç)
Qeyd edək ki, iyulun 13-də "Maksimir" stadionunda keçiriləcək "Dinamo" - "Neftçi" oyunu Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.
