11 iyul 2011 13:28

Əfran İsmayılov: Streymurla Qarabağ eyni durumdadı

“Qarabağ”ın yarımmüdafiəçisi Əfran İsmayılov azerisport.az saytına müshaibəsində komandasının Avropa Liqasında çıxışını və şanslarını dəyərləndirib.

- Artıq ikinci təsnifat mərhələsinin oyunlarına hazırlığa başlamısız. Farer adalarının “Streymur” klubu haqda nəsə öyrənə bilmisiz?
- Bəli, artıq məşqlərə başlamışıq. “Streymur”la oyuna ciddi hazırlaşırıq. Artıq onların bir neçə oyunlarına baxmışıq. Çox yaxşı komandadı. Çoxları bu komandanı zəif hesab etsə də, biz onlara çox ciddi yanaşırıq. Məsələn, onlar ötən il İngiltərənin “Manchester City” klubu ilə qarşılaşıblar. Uduzsalar da kifayət qədər layiqli müqavimət göstəriblər. Amma istənilən halda biz Farer adalarından müsbət nəticə ilə qayıtmaq istəyirik.

- Amma demək olar ki, “Streymur” yüksək səviyyəli klublardan deyil...
- Razıyam. Mümkündü ki, bizi qarşıdakı oyunların da favoriti hesab etsinlər. Bizdən bu dəfəki səfər matçında da uğurlu nəticə gözləyirlər. Amma sizə deyim ki, artıq zəif komanda yoxdu. Biz sadəcə meydana çıxıb öz futbolumuzu oynamağa çalışacağıq.
 
- Farerlilərin oyunu haqda nə deyə bilərsiz?
- Onlar çox yaxşı oynayırlar. Yaxşı paslaşırlar, qolları isə deyərdim ki, çox gözlənilməz olur. Buna görə də, “Qarabağ” “Streymur”la oyunlara çox ciddi hazırlaşmalıdı.
 
- Farer adalarına qədər olan məsafənin kifayət qədər uzun olması mənfi təsir göstərə bilərmi?
- Nə edə bilərik ki? Artıq belə şeylərə alışmışıq. Elə ötən mövsümdə də “Portadaun”la oynamaq üçün Şimali İrlandiyaya yollanmışdıq. Amma bildiyiniz kimi, meydana çıxıb qələbə qazanmışdıq.

- Bəs hava şəraiti? Çətin ki, ada ölkədə sizi Bakıdakı isti gözləsin...
- Bunun problem yaradacağını düşünmürəm. Axı biz təkcə yayda yox, qışda da futbol oynayırıq. Ona görə də bunun necə olduğunu bilirik. Digər tərəfdən biz ordakı havanı düşünərkən, onlar da Bakıdakı istidən narahatdı. Ona görə də hesab edirəm ki, bərabər vəziyyətdəyik. Hər şeydən önəmli olan isə meydana çıxıb öz futbolunu göstərməkdi.
 
- Ötən mövsüm siz komandanızın Avroliqadakı bombardiri olsanız da, bu il hələlik susursuz...
- Düzünü deyim ki, bu haqda heç düşünmürəm də. Mənim üçün ən əsası komandama yardımçı olmaqdı. Həm də kiçik zədəm olduğundan mən “Banga” ilə ilk oyunda meydana çıxa bilməmişdim. Mən hələ optimal formamı bərpa edə bilməmişəm.

- Bəs hazırda zədənlə bağlı vəziyyət nə yerdədi?
- Allaha Şükür ki, indi artıq hər şey yaxşıdı. Yaxın zamanda öz formamı bərpa edəcəyimə inanıram. O zaman qollarımı da vurmağa davam edəcəyəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.