11 iyul 2011 13:35
Argentina üçün son şans
Argentinada keçirilən Amerika Kuboku davam edir. Azerisport.az xəbər verir ki, ötən gecə A qrupunda üçüncü turun bir oyunu keçirilib.
Kolumbiya Boliviya ilə qarşılaşıb və 2:0 hesablı qələbə qazanıb. Matçın hər iki qoluna Radamel Falkao imza atıb. 14-cü dəqiqədə hesabı açan "Porto"nun oyunçusu 28-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib.
Üç turdan sonra turnir cədvəlinə 7 xalla Kolumbiya başçılıq edir. İki oyun keçirmiş Kosta Rikanın 3, Argentinanın 2 xalı var. Boliviya isə 1 xalla sonuncu pilləni tutur.
Bu gecə bu qrup çərçivəsində Argentina - Kosta Rika matçı keçiriləcək.
Amerika Kuboku
A qrupu
3-cü tur
10 iyul
Kolumbiya - Boliviya - 2:0
Qollar: Radamel Falkao, 14; 28-pen.
|
1
|
Kolumbiya
|
3
|
2
|
1
|
0
|
3
|
0
|
7
|
|
2
|
Kosta Rika
|
2
|
1
|
0
|
1
|
2
|
1
|
3
|
|
3
|
Argentina
|
2
|
0
|
2
|
0
|
1
|
1
|
2
|
|
4
|
Boliviya
|
3
|
0
|
1
|
2
|
1
|
5
|
1
|
