11 iyul 2011 14:38
Simurq`da yeni əcnəbi baş məşqçi (FOTO)
"Simurq"un yeni baş məşqçisi müəyyənləşmək üzrədi. Azerisport.az xəbər verir ki, Zaqatala klubu ki, 90-cı illərin məşhur futbolçusu, 42 yaşlı mütəxəssis Sergey Yuranla danışıqlar aparır.
Qeyd edək ki, "Simurq" rəhbərliyi bir müddət əvvəl osetin məşqçi Ruslan Suanovla anlaşmağa yaxın idi. Ancaq sponsorların maliyyə vəsaitini artırması daha ambisiyalı məşqçi axtarışını şərtləndirib. Və nəticədə sonuncu iş yeri Astana "Lokomotiv"i olan Sergey Yuranla danışıqlara start verilib. Artıq onun Bakıda olduğu bildirilir. Tərəflər arasında 1 illik ilin razılıq əldə olunduğu bildirilir.
