11 iyul 2011 14:49
Neftçi`ni Zaqrebdə isti gözləyir
Azərbaycan çempionu “Neftçi” UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində iyulun 13-də səfərdə Xorvatiyanın “Dinamo” klubunun qonağı olacaq. Azerisport.az xəbər verir ki, qarşılaşma Zaqrebdəki “Maksimir” stadionunda keçiriləcək.
Artıq həmin gün üçün Xorvatiya paytaxtındakı hava şəraitinin necə olacağı da bəllidi. Belə ki, komandamız Zaqrebdəki oyuna isti hava şərtləri altında çıxmalı olacaq. Qarşılaşma günü bu şəhərdə 30 dərəcəyə qədər isti olacağı proqnozlaşdırılır.
Qeyd edək ki, “Dinamo” – “Neftçi” matçı iyulun 13-də keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
