11 iyul 2011 14:53
Ərəblər Haciyevskini Azərbaycana buraxmadılar (FOTO)
Futbol üzrə Azərbaycan yığmasının, eləcə də “Bakı” və “Simurq” klublarının sabiq baş məşqçisi Qyoko Haciyevskinin özünə yeni iş yeri tapdığını xəbər vermişdik. Azerisport.az xəbər verir ki, makedoniyalı mütəxəssis bundan sonra Səudiyyə Ərəbistanında çalışacaq. O, bu ölkənin “Najran” klubu ilə anlaşıb. Qeyd edək ki, Haciyevski hazırda başsız olan Makedoniya yığmasının da sükanı arxasına keçməyə əsas namizədlərdən sayılırdı. Lakin o, ərəblərin təklifini qəbul etməyə qərar verib. Beləcə, makedoniyalıları avqustun 10-da Bakıda keçiriləcək Azərbaycan millisi ilə oyuna Haciyevskinin çıxarmayacağı dəqiqləşib.
