11 iyul 2011 15:22
Bakı Bakıya Karqbosuz döndü
Sloveniya toplanışının ilk mərhələsini başa vuran “Bakı” vətənə qayıdıb. Azerisport.az xəbər verir ki, komanda hazırlıqların ikinci mərhələsini 13-17 iyul aralığında klubun təlim-məşq bazasında davam etdirəcək.
Sabah bir araya gələcək “Bakı” həmin gündən etibarən bir məşqlə hazırlıqlara start verəcək. Saat 19:00-da baş tutacaq məşq, klubun təlim-məşq bazasının təbii örtüklü meydançasında baş tutacaq.
İlk məşqdə İbrahim Karqbo və 19 yaşlılardan ibarət milli komandanın düşərgəsində olan Nurlan Novruzov və Rəhman Hacıyev iştirak etməyəcəklər. İbrahim Karqbo posportunda yaranan problem səbəbindən komandaya iyul ayının 17-də Sloveniyada qatılacaq.
Düşərgədə yaxşı xəbər da var. Zədə səbəbi ilə Sloveniya toplanışında iştirak edə bilməyən Əziz Quliyev sabahdan komandaya qoşulacaq.
