11 iyul 2011 15:31

Haciyevskinin Azərbaycana dönüşü niyə baş tutmayıb?

Futbol üzrə Azərbaycan yığmasının, eləcə də “Bakı” və “Simurq” klublarının sabiq baş məşqçisi Qyoko Haciyevskinin bundan sonra Səudiyyə Ərəbistanında, bir qədər də dəqiqləşdirsək, bu ölkənin “Najran” klubunda çalışacağını xəbər vermişdik. Makedoniyalı mütəxəssis azerisport.az saytına müsahibəsində ölkəsinin yığmasını çalışdırmaq əvəzinə ərəblərlə anlaşmasının səbəblərini açıqlayıb.
 
“Birinci növbədə onu deməliyəm ki, burda (Səudiyyə Ərəbistanında – azerisport.az) çox istidi. Mənim üçün gündüzlər çölə çıxmaq çox çətindi. Günəşli və isti hava hökm sürməkdədi. Amma mənə təklif olunan şərtlər tam qane etdiyindən, bu dəvəti qəbul etdim” – deyə, makedoniyalı mütəxəssis dilə gətirib.
 
Haciyevski üçün bu, ilk belə ekzotik sınaq deyil. Çünki o, vaxtilə Yaponiyada da “Dzubilo İvata” klubunda çalışıb. Amma aydın məsələdi ki, ərəb ölkəsi Yaponiyadan çox fərqlənir: “Deyə bilmərəm ki, Səudiyyə Ərəbistanı mənə Azərbaycanı xatırladır. İstənilən halda Bakı daha koloritli ölkədi. Amma bütövlükdə bura da xoşuma gəlir”.
 
Bu il Haciyevski yenidən ölkəmizə qayıda bilərdi. Söhbət heç də hansısa klubumuzun bu mütəxəssisi geri qaytarmaq istəyindən getmir. Makedoniya Futbol Federasiyası onu ölkənin yığmasının sükanı arxasına gətirmək istəyirdi. Bu komanda isə avqustun 10-da Bakıda millimizin qonağı olacaq. Lakin Haciyevskinin yığmanın baş məşqçisi olması reallaşmadı. 15 il sonra yenidən Makedoniya yığmasını onun çalışdıracağına dair gözləntilər baş tutmadı. Bəs görəsən, məşqçi özü bu barədə nə düşünür?
 
“Düzü, mənimlə danışıqlar aparıldı. Federasiyanın mənzil-qərargahına çağırmışdılar. Txəminən bir ay öncə dedilər ki, iki həftəyə hər şeyə aydınlıq gətirəcəyik. Amma bu müddət ərzində federasiyadan heç bir xəbər-ətər yoxdu. Mənə isə komandanı komplektləşdirmək, hazırlaşdırmaq lazım idi. Buna görə də qərar verdim ki, daha gözləməyə dəyməz. Nəticədə Səudiyyə Ərəbistanına gəlməyə üstünlük verdim”.

Qeyd edək ki, Haciyevskinin yeni komandası ötən mövsüm 12-ci yeri tutub. Makedoniyalı mütəxəssis qarşısına qoyulan vəzifəni də açıqlayıb: Qarşımıza mümkün qədər yaxşı çıxış etmək vəzifəsi qoyulub”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.