11 iyul 2011 15:44
Premyer Liqamızın debütantı da Avstriyaya getdi
Azərbaycan Premyer Liqasının debütantı "Sumqayıt" ölkə xaricində hazırlıq keçəcək. Azerisport.az xəbər verir ki, almaniyalı baş məşqçi Bernard Raabın başçılıq etdiyi komanda təlim-məşq toplanışı üçün bu gün Avstriyaya yola düşüb.
Toplanış Avstriyanın Tirol şəhərində baş tutacaq. Bu ölkədə iyulun 25-dək qalacaq komanda 3 yoxlama oyunu keçirəcək. Yoxlama oyunundakı rəqiblərin adları hələ məlum deyil.
