11 iyul 2011 16:48
Rəşad Sadıqov Streymur`a qarşı oynaya biləcək, amma...
Dünən “Qarabağ”ın məşqində zədə alan müdafiəçi Rəşad Sadıqovun durumu yaxşıdı və o, iyulun 14-də Farer adalarında “Streymur”a qarşı oyunda komandasına kömək edəcək. Azerisport.az xəbər verir ki, bu gün rentgen müayinəsindən keçdikdən sonra Rəşadın zədəsinin ciddi olmadığı aşkarlanıb.
Qeyd edək ki, zədələndiyi üçün Rəşadın qarşıdakı oyunu buraxması təhlükəsi vardı. Lakin təəssüf ki, Rəşadla bağlı hər hansı təhlükə olmasa da, komandanın gənc yarımmüdafiəçisi Tural İsgəndərov zədələndiyi üçün 4-5 gün məşq edə bilməyəcək. Bu isə o deməkdi ki, Tural “Streymur”la ilk oyunda forma geyə bilməyəcək.
