11 iyul 2011 16:54
Neftçi`ni Maksimirdə anşlaq gözləyir
UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin Xorvatiya “Dinamo”su ilə Azərbaycan çempionu “Neftçi” klubları arasında keçiriləcək ilk oyununda anşlaq gözlənilir. Azerisport.az xəbər verir ki, Zaqrebdəki “Maksimir” stadionunda baş tutacaq qarşılaşmada arenanın tam dolması gözlənilir. Qeyd edək ki, bu günlərdə təmir olunan və oyun gününə kimi tam hazır olacaq bu stadion 40 azarkeş tutumuna malik olacaq.
