11 iyul 2011 17:22
Sadıqovun komandası Braziliya klubuna məğlub oldu
Rusiyanın “Anji” klubu Premyer Liqanın ikinci dövrəsinə hazırlıqları davam etdirir. Azerisport.az xəbər verir ki, millimizin sabiq çalışdırıcısı Vaqif Sadıqovun çalışdırdığı komanda bu hazırlıq prosesi çəçrivəsində yoldaşlıq matçı keçirib.
Həmyerlimizin komandası Braziliya komnadası ilə qarşılaşıb. Bu ölkənin üçüncü liqa təmsilçisi “Kommersial” ilə görüş rusların məğlubiyyəti ilə başa çatıb (1:2).
