11 iyul 2011 17:46

XL azarkeşlərindən qeyri-adi addım

Azərbaycan kubokunun qalibi “Xəzər Lənkəran”ın azarkeşləri Lənkəran şəhər stadionunun rəhbərliyinə müraciət ünvanlayıblar. Azerisport.az xəbər verir ki, arenanın direktoru Höccət Hacıyevə ünvanlanmış müraciətdə “ağ-yaşılları”ın Avropa Liqasının ikinci təsnifat mərhələsinin İsrail “Maccabi”si (Təl-Əviv) ilə matçının canlı yayımını təşkil etməkdi.
 
Məlum olduğu kimi, cənub təsmilçisi iyulun 14-də səfərdə səfərdə “Maccabi” ilə ilk oyununa çıxacaq. Lənkəranlı azarkeşlər isə həmin oyuna ayrı-ayrı evdə yox, birlikdə Lənkəran şəhər stadionunda baxmaq arzusundadılar. Belə ki, “Fırtınalar meydanı”nda yerləşdirilən böyük tablo vasitəsilə bu görüşü daha çox azarkeşin eyni vaxtda izləməsini təşkil etmək olar.
 
Hələlik, arena rəhbərliyinin azarkeşlərin bu istəyini nə dərəcədə yerinə yetirəcəyi dəqiq bilinmir. Amma azarkeşlərin müraciətinin kiçik bir qismi ilə sizi tanış etmək istərdik: “Məhz belə bir zamanda komandamıza daha çox dəstək vermək və bu həyəcanı bütün azarkeşlərimizin birlikdə yaşaması, həmçinin komandamızın bu çətin səfər oyunundan sərfəli nəticə ilə geri dönməsi üçün daha bir qeyri adi formada, özümüzəməxsus dəstəyimizi nümayiş etdirmək üçün bizlərə kömək etməyinizi xahiş edirik”.
 
Qeyd edək ki, “Maccabi” – “Xəzər Lənkəran” matçı iyulun 14-də “Blimfuld” stadionunda keçiriləcək və Bakı vaxtı ilə 22:30-da start götürəcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.