11 iyul 2011 17:53
Dinamo: Hardasan Neftçi?
Xorvatiya çempionu “Dinamo” klubu UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində onlara rəqib olan Azərbaycanın “Neftçi” komandasının onlara bu günə kimi səfərlə bağlı heç bir müraciət etməməsindən təəccüblənib. Azerisport.az saytına müsahibəsində bu məsələyə toxunan Zaqreb təmsilçisinin direktoru Damir Vrbanoviç bunları dilə gətirib:
“Neftçi” ilə əlaqə saxlamaq çox çətindi. Bu günə kimi biz hələ onların Zaqrebə səfərinə dair heç bir məlumat ala bilməmişik. Püşkatmadan sonra Azərbaycan klubundan heç kim bizimlə əlaqə saxlamır, faks yollamır”.

Maraq üçün sonda bildirək ki, komandamız bu gün Xorvatiya vaxtı ilə 15:00-da artıq Zaqrebdə olmalıdı və “Şeraton” otelində yerləşməlidi. Bunu “Dinamo”dan gizli saxlamaqla “Neftçi” rəhbərliyinin hansı məqsəd güddüyü isə az maraq doğurmur.