11 iyul 2011 18:16

Qarabağ`da yeni türkiyəli məşqçi (FOTO)

“Qarabağ” klubunun rəhbərliyi komandaya yeni məşqçi gətirib. Azerisport.az xəbər verir ki, xüsusilə, uşaq futbolunun inkişafı üçün məqsədyönlü çalışmalar həyata keçirən Ağdam klubu bu sahəni Türkiyənin əfsanəvi uşaq məşqçisi Hemdi Serpil Tüzünə həvalə edib. Artıq uşaq futboluna qardaş ölkədən gələn yeni bir məşqçi də töhfəsini verəcək. Belə ki, “Qarabağ”ın sıralarına vaxtilə “Kayserispor”un kapitanı olmuş Uğur Kulaksız qoşulub. Uşaq futbolunda Hemdi Serpil Tüzünün köməkçisi olacaq Uğur karyerası, “Qarabağ”a gəlişi, hədəfləri barəsində danışıb.
 
- Uğur hoca, özünüz haqqında məlumat verərdiz?
- 1974-cü ildə Konyada anadan olmuşam. Futbola elə orada başlamışam. 18 yaşım olan “Ereğlispor”da peşəkar futbol həyatına başlamışam. Eyni zamanda da universitetdə idman bölümünə daxil oldum. Amma futbol eşqi məni rahat buraxmırdı. Sonradan “Kayseripsor”a transfer oldum. Və uzun illər orda oynadım, kapitanlığa qədər yüksəldim. Karyeramı Kayserinin başqa bir komandası olan “Kayseri Şəkərspor”da bitirdim”.

- Tərcüməyi-halınıza nəzər salarkən futbolçu karyeranızı erkən bitirdiyinizi görürük.
- Hə elədi. Təhsilə üstünlük verməyim, eləcə də başqa səbəblər futboldan tez ayrılmağıma səbəb oldu.
 
- Məşqçiliyə necə başladınız?
-  Demək olar ki, məşqçilik haqqında həmişə fikirləşmişəm. Elə oxuya-oxuya fərqli komandaları çalışdırmışam. “Kayserispor”un aşağı yaş qruplarından əvəzedicilərə qədər pillə-pillə irəlilədim. Ardınca “Erciyesspor” 1-ci liqada oynayanda yardımçı məşqçi olmaq təklifi gəldi və mən də razılaşdım.
 
- Bəs, “Qarabağ”a gəlişiniz necə oldu?
- “Qarabağ”ın uşaq futbolunda dünyanın seçilən məşqçilərindən olan Hemdi Serpil Tüzün çalışır. O, bütün gənc türk məşqçilər üçün bir simvoldu. Onunla görüşməmiz oldu və mənim “Qarabağ”a gəlişim reallaşdı.
 
- Daha öncə Azərbaycan haqqında bir bilginiz var idi?
- Hə, mən “Kayserispor”un əvəzedicilərini çalışdırarkən Rəşad Sadıqov o zaman bizim əsas komandada top qovurdu. Rəşadla yenidən burda görüşməyimə şad oldum.  O zaman həqiqətən “Kayserispor”da sevilən adlardan idi.
 
- İndi Türkiyədə tanınan futbolçulardan hansılarla işləmisiz?
- İlhan Parlak və Abdullah Durak mənim yetirmələrim olub.
 
- Artıq “alt yapı”yla tanış olmusuz?
- Məşqçilərlə tanış olmuşam. Məni olduqca isti qarşıladılar. Buna görə onlara öz təşəkkürümü bildirirəm.
 
- “Qarabağ” hər zaman öz yetirmələrinə üstünlük verir. Bu nə dərəcədə sizin üçün önəmlidi?
- Əlbəttə, bu uşaqlarla işləyən məşqçi üçün çox böyük üstünlükdü. Öz yetirmələrinlə işləmək həm maddi cəhətdən kluba üstünlük verir, həm də uşaqlara artıq əsas komadada oynayanları örnək göstərərək motivasiya edə bilirsən. Ona görə də bunun özü belə gözəl bir şansdı. Qurban hocanın daim gənclərə şans verməsi, ümumililkdə futbolun inkişafı üçün çox önəmlidi. Axı, son 3 ildə “Qarabağ”ın Avropada gənclərlə uğur qazanması doğru olan yolu göstəricisidi.
 
- “Qarabağ”da hədəfləriniz nədi?
- Xüsusilə, onu qeyd etmək istəyirəm ki, bazada insanlarla danışarkən və ümumi ab-havadan hiss edirsən ki, “Qarabağ”ın özəl bir ruhu var. Özünü bu ailədən hiss etmək insana xüsusi bir güc verir. Mən də var gücümlə çalışacağam ki, “Qarabağ”da yeni futbolçuların yetişdirilməsində faydalı olum. Hiss olunur ki, klubun bəlli bir strategiyası var. Və bu yolda səbirlə irəliləyirlər. İnsanın nəyə xidmət etdiyin bilməsi çox vacibdir. Mən də doğru yolda addımladığıma əminəm.
 
- “Qarabağ”da hansı vəzifəni tutacaqsız?
- Hələlik, hansısa yaş qrupu mənə tapşırılmayıb. Əsas işim Serpil hocanın yardımçısı kimi bütün hər şeyə nəzarət etməkdi. Amma hansı vəzifə verilirsə, ən yaxşısını etməyə çalışacam.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.