11 iyul 2011 18:23

Yerko Leko: Neftçinin bizə qarşı şansı yoxdu

Xorvatiya çempionu “Dinamo”nun (Zaqreb) yarımmüdafiəçisi Yerko Leko azerisport.az saytına müsahibəsində UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Azərbaycanın “Neftçi” klubu ilə mübarizədəki şanslarından danışıb.
 
- Qarşıdakı rəqibinizdən nə gözləyirsiz?
- Mənim fikrimcə, ağır oyun olacaq. Çünki qarşıda bizi Bakıya səfər gözləyir. Azarkeşlər və klub rəhbərliyi bizdən qələbə gözləyirlər. Qarşımıza böyük vəzifələr qoyulub. İlk növbədə isə “Neftçi”ni keçməliyik.

- Rəqibi iş başında görmüsüz?
- Bəli, DVD ilə bəzi oyunlarını izləmişik. Məsələn, “Bakı” ilə derbi matçına baxmışıq. Bundan əlavə iki ev oyununuz izləmişik. Bakılıların həm güclü, həm də zəif cəhətlərini bilirik. Amma həmin məqamları açıqlamayacağam (gülür). Flavinyonu qeyd edə bilərəm. Mpenza da həmçinin böyük təcrübəyə malikdi. Hər an qol vura bilər. Bizə “Neftçi”nin hücumlarının qarşısını səliqə ilə almaq lazımdı.

- Siz Azərbaycan çempionunun hücum xəttindən çəkinirsiz?
- Belə kimin necə təhlükəli olduğunu bilirik. Amma istənilən halda müdafiəçilərimiz ehtiyatlı olmalıdırlar. Biz artıq onlarla danışmışıq. Sabah yenə iclasımız olacaq. Fikrimcə, səliqəli oynaya biləcəyik. İstənilən halda heç kimdən qorxmuruq. Sadəcə, rəqibə hörmət edirik. Axı o, Azərbaycan çempionudu. Bunu unutmamalıyıq.
 
- Mətbuat konfransında qeyd etdiniz ki, şanslar 70-in 30-a “Dinamo”nun xeyrinədi. Belə əminlik sizdə hardandı?
- Mən öz komandamın gücünə əminəm və optimist olmağa çalışıram. Ona görə ki, stadionumuz tam dolu olacaq və azarkeşlər bizi lazımi şəkildə dəstəkləyəcəklər. “Dinamo”nun böyük ambisiyaları var. Bizim “Neftçi”nin oyununa mane ola biləcək gücümüzün olduğunu düşünürəm.
 
- İlk oyunda sizi hansı hesab qane edəcək?
- İki top fərqi ilə istənilən hesablı qələbə. 1:0 da udsaq, razı qalacam. Bizi səfərdə də oyun gözləyir. Amma “Dinamo” səfərdə oynaya bilir. Odu ki, “Neftçi”ni doğma divarlar arasında yenməklə səfərə bir qədər də rahat yollanmaq istəyirik.

- Bakıda da stadion tam dolu olacaq...
- Mən buna ancaq şad ola bilərəm. Çünki dolu tribunalar qarşısında oynamaq məni daha çox motivasiya edir. Əsas odu ki, “Neftçi” Zaqrebdə bizə qol vura  bilməsin. Biz üstünlüyü rəqibə verə bilmərik.

- “Neftçi” sizi təəccübləndirə bilər?
- Əlbəttə. Amma bu, yalnız o halda baş verəcək ki, bizdə nəsə alınmasın. Bizim işlərimiz yolunda gedəcəyi halda isə “Neftçi”nin “Dinamo”ya qarşı şansının olmayacağını düşünürəm.

 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.