11 iyul 2011 19:00
Vaqif Cavadov üçün ekskursiya (FOTOLAR)
Azərbaycan millisinin hücumçusu Vaqif Cavadovun şərəfini qoruduğu Rusiyanın “Volqa” klubu Avstriyadakı təlim-məşq toplanışını davam etdirir. Azerisport.az xəbər verir ki, komanda dünən bir günlük istirahət edib. Bu istirahəti isə Nijni-Novqorod klubunun üzvləri paytaxt Vyanaya ekskursiya ilə keçiriblər. Qədim şəhərin görməli yerlərini gəzən, tarixi abidələrinə baş çəkən futbolçular daha sonra birgə axsam yeməyində olublar. Sabah isə Vaqifin komandası İngiltərənin “Sheffield Wednesday” komandası ilə sınaq matçında qüvvəsini sınayacaq.
