12 iyul 2011 00:00
Fener Superliqada qalacaq
Türkiyə Futbol Federasiyası və Klublar Birliyinin birgə iclası keçirilib. Azerisport.az xəbər verir ki, iclas başa çatandan sonra TFF prezidenti Mehmet Ali Aydınlar "Fenerbahçe" ilə bağlı açıqlama verib.
Mehmet Ali Aydınlar hələ ki, "Fenerbahçe" ilə bağlı yekun qərarın olmadığını bildirib: "Hələ ki, bizə konkret dəlil təqdim olunmayıb. Qərarımızı iddianamə hazırlanıb məhkəmədə qəbul ediləndən sonra verəcəyik. Super Liqa plandlaşdırıldığı kimi avqustun 5-də başlayacaq. 31 iyulda "Fenerbahçe" və "Beşiktaş" arasında Super Liqa matçı keçiriləcək".
